Dünya

İsveçrədə 30 min insan səhvən ikiqat maaş alıb

Sharing is caring!


İsveçrənin Sürix şəhərində bələdiyyə işçiləri kompüterdə baş vermiş nasazlığına görə fevral ayı üçün maaşlarını iki dəfə alıblar, indi isə əlavə pulun geri qaytarılmasını istəyirlər.

Bu barədə Sürixin maliyyə qurumu məlumat verib.

Qeyd olunub ki, məlumatların emalı zamanı texniki səhvə görə işçilərə iki dəfə maaş verilib. Bu, insanların əlavə 175 milyon İsveçrə frankı (təxminən 338,2 milyon manat) alması ilə nəticələnib.

Məlum olub ki, səhv Sürixin Kanton bankının (“Zürcher Kantonalbank”) istifadə etdiyi “Swisscom” telekommunikasiya operatorunun təchizatçısının proqram təminatı ilə bağlı olub.

Bank qeyd edib ki, bələdiyyə işçiləri səhvən ödədikləri pulu qaytarmalıdırlar və bunun mümkün qədər rahat həyata keçirilməsi üçün səlahiyyətli orqanlarla əməkdaşlıq edirlər.

Sürixin maliyyə departamentinin mətbuat katibi Klaudiya Negeli qeyd edib ki, bir çox işçi hadisəyə yumorla yanaşıb.

Onun sözlərinə görə, bəziləri bunun əlavə aylıq maaş ödəmək üçün pilot layihə olub-olmadığını soruşublar, digərləri isə sadəcə olaraq “sağ olun, bir daha təkrarlayın” deyə yazıblar.

Mənbə: AFP

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir