Cəmiyyət

Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb

Sharing is caring!


Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz ağac kömürü istehsal edilən kömür quyusunu aşkar ediblər.

Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyənləşdirilib.

Faktla bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir