Dünya

Çerniqovun mərkəzinə ballistik raket düşüb: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!


Bu gün səhər saatlarında Ukraynanın Çerniqov şəhərində partlayış səsi eşidilib.

Şəhərin raket atəşinə tutulması faktını Çerniqov Vilayət Hərbi Administarsiyası təsdiqləyib.

Administrasiya rəhbəri Vyaçeslav Çaus rus qoşunlarının şəhərin mərkəzinə zərbə endirdiyini, ehtimal ki, ballistik raketdən istifadə etdiyini bildirib və şəhər sakinlərini gizlənməyə çağırıb.

Hadisə yerindən verilən xəbərə görə, atışma nəticəsində ölənlər və yaralananlar var. Onların sayı hələlik məlum deyil. Bildirilir ki, raketin düşdüyü binada bu gün pilotsuz təyyarələrin sərgisi keçirilib.

İnsanların ölməsi və yaralanması faktını Çerniqov şəhərinin meri vəzifəsini icra edən, şəhər şurasının katibi Aleksandr Lomako təsdiqləyib.Məlumata görə, Çerniqovun mərkəzində insanlar təxliyə edilirlər. Hadisə yerində xilasedicilər, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar. Şəhər mərkəzi qismən bağlanılıb.

Mənbə: fakty.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir