Dünya

Türkiyə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün ikinci gəmini inşasına başladı – FOTO

Sharing is caring!


Türkiyədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan “ADA” tipli ikinci gəminin təməlqoyma mərasimi olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat verib.

Təməlqoyma mərasimi İstanbul şəhərindəki gəmiqayırma müəssisələrindən birində keçirilib. Bu, Türkiyə Respublikası tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün inşa edilən ikinci korvet tipli gəmi olacaq.

“Qeyd etmək lazımdır ki, bütün işlər vaxtında, qrafiklərə və bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilir”, – deyə Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Mənbə: UNİAN 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir