Dünya

Mali ilə sərhəddə 17 Niger əsgəri həlak olub

Sharing is caring!


Nigerin Mali ilə sərhədinə olan hücumda azı 17 nigerli əsgər həlak olub.

Bu barədə Niger Müdafiə Nazirliyi xəbər yayıb.

“Bir ordu bölməsi Kutuqu şəhəri yaxınlığında pusquya düşüb, daha 20 əsgər yaralanıb, onlardan altısı ağırdır”, – nazirliyin açıqlamasında deyilir.

Eyni zamanda, hərbçilər bildirirlər ki, geri çəkilməyə başlayanda yüzdən çox hücumçunu zərərsizləşdiriblər.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir