Cəmiyyət

Səhiyyə Nazirliyi qızılca ilə bağlı növbəti dəfə əhaliyə çağırış edib

Sharing is caring!


“Uşaq və böyüklər arasında qızılcaya yoluxma zamanı müşahidə edilən simptomlar eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirirlər”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, 40 yaşdan yuxarı insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəzisi, ümumiyyətlə, peyvənd olunmayıb.

A.Əliyeva bildirib ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir:

“Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla bir və altı yaşlarında vurulmalıdır. Altı yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir