İdman

Azərbaycanın peşəkar döyüşçüsü Türkiyədə qızıl medal və kəmər qazandı – FOTO

Sharing is caring!


Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muaytay üzrə peşəkar döyüş gecəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, “Muay thai Fight Night” adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər.

Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan dörd idmançı yarışa qatılıb.

Onlardan yalnız biri – 63,5 kq çəki dərəcəsində çıxış edən Hüseyn Həsənov türkiyəli Ufuk Bakırhanla görüşü qalibiyyətlə tamamlayaraq qızıl medala və kəmərə sahib çıxıb.

Digər idmançılarımız gümüş medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir