İdman

“Qəbələ”nin prezidenti: “Başqa səbəb axtarmağa ehtiyac yoxdur”

Sharing is caring!

“Komandamızda beynəlxalq təcrübəsi az olan futbolçular var. Rotasiya etmək üçün baş məşqçi Elmar Baxşıyevin əlində kifayət qədər oyunçu yox idi. Amma buna baxmayaraq, futbolçular cavab matçında xarakter göstərdilər”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin prezidenti Fariz Nəcəfov evdə Macarıstan “Fehervar”ına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

44 yaşlı funksioner Macarıstanda birinci görüşdəki 1:4 hesablı məğlubiyyəti təcrübəsizliklə əlaqələndirib:

“İlk qarşılaşmada daha yaxşı çıxış edə bilsəydik, fərqli nəticə qeydə alınardı. Heyətimizdə gənc futbolçular çoxdur. İlkin Qırtımovun zədələnməsi və Murad Musayevin qırmızı vərəqə alması hesabın böyük olmasına gətirib çıxardı. Rəqib də güclü heyətə malikdir. Səfərdəki məğlubiyyətin ən böyük səbəbləri bunlardır. Başqa səbəb axtarmağa ehtiyac belə yoxdur”.

Nəcəfov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də söz açıb:

“Bizim hədəflərimiz dəyişmir. Əlimizdə olan imkanlardan maksimum istifadə etmək və yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətindəyik. Nəyə gücümüz çatırsa, onu da edəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir