Dünya

Madonna təxirə salınan turunun yeni tarixlərini açıqlayıb

Sharing is caring!


Amerikalı müğənni Madonna xəstəliyi səbəbindən təxirə salınan “The Celebration” yubiley turunun yeni tarixlərini açıqlayıb.

İfaçının rəsmi saytı xəbər verir ki, ilk tamaşa oktyabrın 14-də Londonda baş tutacaq.

“The Celebration” turu rəsmi olaraq oktyabr ayında Londonda dörd anşlaq şou ilə başlayacaq. Ardınca Belçika, Danimarka, İsveç, İspaniya, Portuqaliya, Fransa, Almaniya, İtaliya və Niderlandda çıxışları olacaq”, – xəbərdə bildirilir.

Avropa mərhələsindən əvvəl nəzərdə tutulan turun Şimali Amerika mərhələsi dekabrın 13-də Bruklində başlayacaq. ABŞ-nin bir neçə şəhərində konsertlər başqa tarixə keçirilə bilinmədiyi üçün ləğv edilib.

Xatırladaq ki, iyunun sonunda Madonna bakterial infeksiyaya yoluxmuş, xəstəxanaya yerləşdirilmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir