Dünya

İrəvan və Tehran bacılaşmış şəhərlər oldular – FOTO

Sharing is caring!

Tehran və İrəvan arasında bacılaşmış şəhərlər haqqında anlaşma sənədinin imzalanması mərasimi keçirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı açıqlama yayıb.

Bildirilib ki, Tehran və İrəvan arasında sözügedən sənədin imzalanma mərasimi bu gün, yanvarın 18-də Tehran meri Əlirza Zakani, İrəvan meri Sarkisyan və Ermənistan səfiri Arsen Avaqyanın iştirakı ilə Tehranın “Milad Tower” konfrans kərkəzində keçirilib.

Mərasimdə çıxış edən Zakani deyib: “İran İslam Respublikasının tutarlı siyasəti qonşu ölkələrlə əlaqə, əməkdaşlıq və mehriban qonşuluq yaratmağa istiqamətlənib. Ermənistanın da İranın nəzərində özünəməxsus yeri var və biz iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıyıq”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir