Dünya

Əkrəm İmamoğlu yenidən bələdiyyə sədri ola biləcəyinə işarə etdi: “İstanbul ittifaqı qurmağa gəlirəm”

Sharing is caring!


Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu gələn il baş tutacaq bələdiyyə seçkilərində yenidən bu posta namizəd ola biləcəyinə işarə edib.

İmamoğlu bu barədə Haliç Konqres Mərkəzində kameralar qarşısında çıxışı zamanı deyib.

“Mən Böyükşəhər Bələdiyyəsinin sədri olduğum zaman bütün xalqımıza söz vermişdim ki, bu müqəddəs şəhərin ən uğurlu bələdiyyə sədri olacağam. Bu vədimə əməl etməyə davam edəcəyəm”, – deyə o qeyd edib.

“Yoxsulluğu aradan qaldıran firavan bir şəhər yaratmaq, dünyanın bütün texnoloji yeniliklərinə və inkişafına ev sahibliyi etmək üçün yola çıxıram.

İstanbullular və şəhərinə, səsvermə hüququna sahib çıxan İstanbul Könüllüləri ilə yenidən İstanbul ittifaqını qurmağa gəlirəm”, – deyə Əkrəm İmamoğlu vurğulayıb.

Mənbə: Cumhuriyyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir