Cəmiyyət

Naxçıvanda bu il istehlakçılara 374 min manat ƏDV məbləği geri qaytarılıb

Sharing is caring!


Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında (NMR) yeni nəsil nəzarət-kassa aparatlarının sayı 1 896 ədəd, yanvar-iyul aylarında onlarla qeydə alınan dövriyyə isə 101,3 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yeddi ayda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373,8 min manat, təkcə iyul ayında isə 83,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. 

Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ dörd dəfə çox olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir