Cəmiyyət

Nazir müavini FHN-in Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirib – FOTO

Sharing is caring!

Türkiyənin Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Bu barədə FHN-dən məlumat verilib.

Toplantıda hazırkı əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir