Dünya

“Haber Global” Şuşada aşkar edilən yeni kütləvi məzarlıqdan süjet hazırlayıb – VİDEO

Sharing is caring!


“Haber Global” televiziya kanalı Şuşa şəhərində aşkar edilən yeni kütləvi məzarlıq haqqında videosüjet yayımlayıb.

Şuşaya ezam olunmuş türkiyəli jurnalist Hamza Çiftçi 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçilər tərəfindən əsir götürülərək qətlə yetirilmiş azərbaycanlıların dəfn edildikləri ərazidən canlı bağlantıya çıxaraq aşkar edilən kütləvi məzarlıq barədə məlumat verib.

Jurnalist qeyd edib ki, aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir