Dünya

BMT-nin Malidəki sülhməramlı missiyası ölkəni tərk edir

Sharing is caring!


Birləşmiş Millətlər Təşkilatının (BMT) Malidəki Sülhməramlı Missiyası (MINUSMA) ölkəni tərk edir.

Missiyadan verilən açıqlamada bildirilib ki, ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar Qərbi Afrika ölkəsinin şimalında yerləşən Ber şəhərindən çıxmaları labüd olub.

Məlumata görə, son bir neçə gün ərzində “Azavad Hərəkatları Koordinasiyası” (CMA) adlı üsyançı alyans Mali ordusunu Ber yaxınlığında yerləşən qüvvələrinə hücum etməkdə və atəşkəs rejimini pozmaqda ittiham edib.

BMT missiyası bütün maraqlı tərəfləri vəziyyəti çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırdıqlarını vurğulayıb.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir