Dünya

Mali hakimiyyəti “Air France”ın uçuş lisenziyasını ləğv etdi

Sharing is caring!


Malinin Milli Mülki Aviasiya Agentliyi “Air France” şirkətinin Paris və ölkənin paytaxtı Bamako arasındakı uçuşlar üçün lisenziyasını ləğv edib.

Bu barədə Fransa aviaşirkətindən məlumat verilib.

Məlumata görə, “Air France”ın lisenziyası ona görə ləğv edilib ki, aviaşirkət əvvəlcədən xəbərdarlıq etmədən Malidən uçuşların dayandırılmasını uzadıb və bununla da sərnişinlərə narahatlıq yaradlıb. Uçuş icazəsinin ləğvi oktyabr ayına qədər davam edə bilər.

Xatırladaq ki, avqustun 7-də “Air France” Mali və Burkina-Fasodan uçuşları avqustun 11-dək dayandırıb, daha sonra isə bu müddəti avqustun 18-dək uzadıb. Aviaşirkətin bu qərarı verməsinə səbəb Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbçilərin hərbi müdaxilə təhlükəsi səbəbindən hava məkanını bağlamaları olub.

Fransa Xarici İşlər Nazirliyi Mali və Burkina-Fasoda yüksək terror və əcnəbilərin qaçırılması riski ilə bağlı vətəndaşlara xəbərdarlıq edib və oraya getməmələrini tövsiyə edib.

Mənbə: “Kommersant”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir