Cəmiyyət

Rusiyadan gələn Azərbaycan vətəndaşı gömrükdən predmetlər gizlətməyə çalışdı – FOTO

Sharing is caring!


Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə Xaçmaz gömrük idarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin sürücünün davranışları gömrük əməkdaşlarında şübhə doğurduğundan avtomobilin stasionar rentgen qurğusunda yoxlamadan keçirilməsinə qərar verilib.

Gömrük baxışı zamanı avtomobilin qoşqusunda şübhəli təsvirlər müşahidə olunub və yükə yoxlama qrupu tərəfindən təkrar baxış keçirilib.

Nəticədə nəqliyyat vasitəsinin qoşqusunun döşəməsi sökülərkən əvvəlcədən quraşdırılan gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 8 adda 282 200 ədəd siqaretlər, 4 320 ədəd pirotexniki vasitə aşkar edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir