Dünya

Hindistanda Qandinin nəvəsinin “ədəbsiz” jesti qalmaqal yaratdı

Sharing is caring!


Hindistan parlamentinin aşağı palatasında (Lok Sabha) müxalifət partiyasının lideri Rahul Qandinin (mərhum baş nazir İndira Qandinin nəvəsi – red.) jesti qalmaqal yaradıb.

Çərşənbə günü hökumətə etimadsızlıq səsverməsi ilə bağlı müzakirələrin ikinci raundunun keçirildiyi iclas zamanı o, çıxışından sonra zalda əyləşənlərə “hava öpüşü” göndərib.

Müzakirələr zamanı qadın və uşaq məsələləri üzrə nazir Smriti Zubin İrani hökuməti dəstəkləyib, müxalifət adından isə Hindistan Milli Konqresi (INC) Partiyasının lideri Rahul Qandi çıxış edib. Çıxışından sonra zalı tərk edən Qandi müvafiq jesti edib.

“Yalnız qadın düşkünü xanım deputatların oturduğu parlamentə öpüş göndərə bilər. Bu, parlamentdə heç vaxt görünməmiş ləyaqətsiz davranışdır”, – İrani bəyan edib. İndi o, Qandini məsuliyyətə cəlb etməyi düşünür. Onun fikrincə, Qandi qadınları “ədəbsiz” jesti ilə təhqir edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir