MARAQLI

Öz saatlarını gözləyirdilər: Fəlakət yüzlərlə üçgözlü dinozavr-krevetini oyandırdı – FOTO

Sharing is caring!


Nevadada (ABŞ) “Burning Man” festivalında yaşananlar təəccübləndirməyə davam edir. Belə ki, güclü yağışlar 70 min festival iştirakçısı üçün tələyə çevrilsə də, oyanmağı gözləyən dinozavr-krevetləri üçün təmiz hava olub – onları çoxillik yuxudan oyadıb.

Tədqiqatçılar qeyd edirlər ki, bu kiçik canlılar illərlə qalın qabıqda qış yuxusunda olub. Ancaq  leysan Nevadanın adi quru səhra ərazisini onlara yumurtadan çıxma üçün optimal mühitə – nəhəng palçıq hovuzlarına çevirib.

Festival iştirakçıları su basmış səhradan qaçarkən xərçəngkimilərin palçıq çuxurlarından sürünərək çıxdıqlarını görüblər. Alimlərin fikrincə, gələn həftədən bu sirli canlılar yumurta qoymağa başlayacaq.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir