İdman

“Mançester Yunayted” Maquayra əvəz tapdı

Sharing is caring!


“Mançester Yunayted” Harri Maquayrı əvəz edəcək futbolçu axtarır. “Yunayted” ingilis futbolçunu əvəzləyəcək müdafiəçilərin siyahısını hazırlayıb.

Jurnalist Fabritsio Romanonun sözlərinə görə, klub Benjamin Pavar (“Bayern”), Jan-Kler Todibo (“Nitsa”) və Edmond Tapsoba (“Bayer”) ilə maraqlanır.

Məlumata görə, “qırmızı şeytanlar” artıq Pavarla danışıqlar aparırlar.

“Bayern” rəhbərliyi və baş məşqçisi Tomas Tuxel xüsusilə Kayl Uokerin transferinin pozulmasından sonra müdafiəçini saxlamaq istəyir. Lakin futbolçunun özü Almaniyada qalmaq fikrində deyil və yeni liqaya keçməyi düşünür.

Xatırladaq ki, Mançester təmsilçisi 30 milyon funt-sterlinqə Maquayrın transferi üçün “Vest Hem”lə anlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir