Dünya

Skandinaviya ölkələrini güclü fırtına vurdu: Yüzlərlə insan təxliyə edildi – FOTO

Sharing is caring!


Güclü “Hans” qasırğası Skandinaviya ölkələrini vurub.

Qasırğa güclü külək, yağış və sürüşmələrlə müşayiət olunub. Əlverişsiz hava şəraiti səbəbindən ciddi dağıntılar, həmçinin xəsarət alan insanlar var. 

Norveçin fövqəladə hallar xidmətləri şimal bölgəsində şiddətli fırtına səbəbindən yüzlərlə insanı təxliyə ediblər. Pis hava şəraiti elektrik xətlərinin dağılmasına və kəndlərin tamamilə su altında qalmasına səbəb olub. Hakimiyyət bəzi ərazilərdə ictimai nəqliyyatın hərəkətini dayandırıb.

İsveçdə başlayan fırtına daha sonra Norveçə keçib. Eyni zamanda, Danimarka və Finlandiyanın bəzi hissələrinə də təsirsiz ötüşməyib. Pis hava şəraiti səbəbindən İsveçdə sərnişin qatarı relsdən çıxıb, üç nəfər xəsarət alıb. Norveçin Valdres şəhərində torpaq sürüşməsi fərdi yaşayış binasını uçurub. Xmesedal şəhərində kiçik bir evi çay suları aparıb.

Şərq sahilində, Oslonun şimalında, Qərbi Norveçin bəzi ərazilərində və Trendelaqın cənub hissəsində 24 saat ərzində 80-100 mm yağıntının düşməsi gözlənilir. Norveç Meteorologiya İnstitutu qırmızı təhlükə səviyyəsi elan edib.

“Bir çox yerlərdə son 25 ildə ən güclü şəkildə müşahidə olunan pis hava şəraiti hökm sürəcək”, – deyə institut qeyd edib.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir