Kriminal

Hamilə sevgilisinə əzab verən şəxs şərti cəza aldı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində sevgilisinə əzab vermədə və özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Xəlil Quliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.Quliyevin və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü X.Quliyevə şərti cəza verilib. İttihama görə, Xəlil Quliyev 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda zərərçəkmiş Nailə Əliyeva (şərti) ilə birlikdə qalan zaman onunla qeyri-rəsmi ər-arvad münasibətində olub. O, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş zərərçəkmiş şəxsi müxtəlif dövrlərdə döyərək ona əzab verib.

Kişinin əzablarına dözə bilməyən Nailə bir neçə dəfə intihara cəhd edib. Xəlil Quliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 133.2.2-ci (əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir