Cəmiyyət

Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb

Sharing is caring!

Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İbrahimli Mirəli Aqil oğluna tanımadığı şəxs tərəfindən döş qəfəsinə bıçaqla xəsarət yetirilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 1980-ci il təvəllüdlü Qasıməliyev Rəhman Rasul oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir