Dünya

Həştərxanda yaşayış binasında partlayış: Ölən və yaralananlar var

Sharing is caring!


Həştərxanın Sovetski rayonunda çoxmənzilli binada məişət qazının partlaması nəticəsində insan tələfatı qeydə alınıb.

Bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib.

“İki nəfər ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Səkkiz nəfərə yerində yardım göstərilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb”, – deyə məlumatda qeyd olunub.

Aleksandr-Mariinski Regional Klinik Xəstəxanasının yanıq şöbəsinin müdiri Aleksandr Samsonovun verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

“Zərərçəkənlər 1947 və 1951-ci il təvəllüdlü kişi və qadın yuxarı tənəffüs yollarının zədələnməsi ilə xəstəxanaya daxil olublar. Hazırda xəstələrin vəziyyəti ağırdır, müvafiq müalicə aparılır”, – Samsonov bəyan edib.

Qeyd edək ki, partlayış Admiral Naximov küçəsindəki ev 38, mənzil 4-də baş verib. Rusiya fövqəladə hallar xidmətindən mənzildə məişət qazının partladığı bildirilib. Partlayışdan sonra yanğın başlayıb. Yanğın ümumi sahəsi 90 kvadratmetr olan dörd mənzili bürüyüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir