Dünya

“Dostlar”ın ulduzları ilk dəfə Metyu Perrinin ölümü barədə danışıblar

Sharing is caring!


“Dostlar” serialının ulduzları ilk dəfə on sezon hit olan NBC-də Çandler Binq rolunun ifaçısı aktyor Metyu Perrinin ölümündən danışıblar.

“Metyunun itkisindən tamamilə məhv olmuşuq. Biz sadəcə aktyor deyilik, bir ailəyik. Deyəcək çox şey var, amma indi bu ağlasığmaz itkiyə yas tutmaq və davam gətirmək üçün vaxta ehtiyacımız var”, – deyə aktyorlar Cennifer Aniston, Liza Kudrou, Devid Şvimmer, Kortni Koks və Mett LeBlan bildiriblər.

Aktyorlar, həmçinin Perrinin dostlarına, ailəsinə və pərəstişkarlarına dəstək olduqlarını qeyd ediblər.

Xatırladaq ki, aktyorun meyiti oktyabrın 28-də Kaliforniyadakı evində tapılıb. Mənbələrin məlumatına görə, oktyabrın 28-də aktyorun ürəyinin dayanması ilə bağlı təcili tibbi yardım xidmətinə zəng daxil olub.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir