Dünya

“Barbi”nin dünya üzrə gəliri təəccübləndirdi

Sharing is caring!


Bu yaxınlarda “Barbi” filmindəki rolu ilə müzakirələrə səbəb olan Marqo Robbi filmə həddindən artıq qiymət verdiyini etiraf edib.

Belə ki, o, filmin təqdimat mərasimindəki çıxışı zamanı studiyaya böyük gəlir – bir milyard dollar vəd edib.

Lakin bugünlərdə məlum olub ki, aktrisanın özünün belə inanmadığı proqnozu reallaşıb. Film iki həftədən bir qədər çox müddətdə dünya kinoprokatında bir milyard dollar toplayıb.

“Barbi” filminin rejissoru Qreta Qerviq də ekran işi sayəsində tarixə düşüb. O filmi bir milyard dollar qazanan ilk qadın olub.

Qeyd etmək lazımdır ki, məşhur gəlinciyin hekayəsindən bəhs edən film bir çox ölkələrdə tamaşaçılar tərəfindən maraqla izlənilir.

Mənbə: repost.uz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir