Dünya

Yay düşərgəsində məktəblini kor olanadək döydülər – FOTO

Sharing is caring!


Stavropol diyarının Nevinnomısk şəhərində məktəbli Qrenada uşaq yay düşərgəsində görmə qabiliyyətini qismən itirənə qədər dəsmal ilə döyülüb.

Məlumata görə, işıqlar sönəndən sonra yaşıdları oğlana hücum edib. Onlar düyünlənmiş yaş dəsmal ilə uşağı döyüblər. Zərbələr onun gözlərinə dəyib.

İndi azyaşlı Stavropolda göz mikrocərrahiyyəsindədir və yalnız obyektlərin konturlarını görür. Onun daha sonra görmə qabiliyyətinin bərpa olunub-olunmayacağı məlum deyil.

Zərərçəkən iddia edir ki, hadisə zamanı yaxınlıqda tərbiyəçilər olmayıblar və uşaqlar nəzarətsiz qalıblar.

Faktla bağlı yoxlamalara başlanılıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir