İdman

“Qarabağ” “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi komandaları geridə qoydu – SİYAHI

Sharing is caring!

2022/2023 mövsümündə indiyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol vurmuş komandaların adını açıqlayıb. İlk onluqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu qol sayında “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi nəhəng komandaları geridə qoyub.

Ən çox qol vuran komandalar arasında 54 qolla 5-ci pillədə qərarlaşan klubun qol ortalaması 2,7-yə bərabərdir.

Siyahıya Şotlandiyanın “Seltik” klubu (74) başçılıq edir. Enc Postekoğlunun klubu bu mövsüm Premyer Liqada 24 oyunda 74 qol vurub. Bu, hər matça orta hesabla təxminən 3,08 qol deməkdir.

Tam siyahı isə belədir:

1. “Seltik” – 74 qol, qol ortalaması (3,08)

2. “Genk” – 57 qol (2,48)

3. “Reyncers” – 56 qol (2,33)

4. “Slaviya Praqa” – 56 qol (3,29)

5. “Qarabağ” – 54 qol (2,7)

6. “Mançester Siti” (İngiltərə) – 53 qol (2,65)

7. “Linfild” – 53 qol (2,03)

8. “Bavariya” – 52 qol (2,88)

9. PSJ – 52 qol (2,48)

10. “Ayaks” – 51 qol (2,68)

Mənbə: 67hail hail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir