Dünya

İspaniyada iki təyyarə toqquşdu: Ölənlər var

Sharing is caring!


Bazar günü İspaniyanın Kataloniya Muxtar İcmasında iki yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı dörd nəfər ölüb.

Bu barədə regional yanğınsöndürmə xidmətinin press-relizində deyilir.

Məlumata görə, hadisə Barselona yaxınlığındakı Moya kəndi ərazisində baş verib. Şahidlər təyyarənin hündürlüyünü itirdiyini və aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıblar.

Qəza nəticəsində təyyarə yanıb və alov bitki örtüyünə keçib. Yanğın artıq söndürülüb.

Tezliklə qəzaya uğrayan ikinci təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir