Dünya

51 yaşlı Castin Trüdo həyat yoldaşından ayrıldı – FOTO

Sharing is caring!


Kanadanın Baş naziri Castin Trüdo 18 illik evlilikdən sonra həyat yoldaşı Sofidən ayrıldığını açıqlayıb.

Bu barədə siyasətçi özünün “Instagram” səhifəsində yazıb.

“Sofi və mən bildirmək istəyirik ki, apardığımız geniş müzakirələrdən sonra yollarımızı ayırmaq qərarına gəldik. Həmişə olduğu kimi, biz bir-birimizə və birlikdə qurduğumuz və qurmağa davam edəcəyimiz hər şeyə sevgi və hörmətlə yanaşmaqda davam edirik. Övladlarımızın rifahı, bizim və onların şəxsi həyatı naminə verdiyimiz qərara hörmətlə yanaşmağınızı xahiş edirik”, – 51 yaşlı Castin Trüdo yazıb.

Baş nazirin Mətbuat Xidmətinin yaydığı açıqlamada isə qeyd edilir ki, artıq cütlük rəsmi boşanma sənədinə imza atıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir