İdman

Rusiya ordusu Mariupol sakinlərinin barmaq izlərini götürür

Sharing is caring!

Rusiya ordusu işğal etdiyi Mariupol şəhərində əhalinin siyahıyaalınmasını aparır.

Qeyd olunur ki, insanlardan onların şəxsiyyətini təsdiq edən sənədlər tələb olunur, həmçinin yerli sakinlərin barmaq izləri götürülür.

Yayılan digər məlumata əsasən isə Mariupolda çoxmənzilli yaşayış binaları söküləcək, əvəzində modul tipli evlər tikiləcək.

Ukrayna tərəfi iddia edir ki, modul evlər təmas xəttinin keçdiyi ərazidə salınır, bununla da Rusiya tərəfi mülki sakinlərdən canlı qalxan kimi istifadə etməyi düşünür.

Mənbə: Segodnya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir