Dünya

PSJ 80 milyon avroya hücumçu alır

Sharing is caring!


Fransanın PSJ klubu Portuqaliya “Benfika”sından Qonsalu Ramuşu transfer etməyə hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər ilkin razılığa gəliblər. Paris təmsilçisi 22 yaşlı hücumçu üçün qarşı tərəfə 80 milyon avro ödəyəcək. Portuqaliya millisinin üzvü beşillik müqaviləyə imza atacaq. Mənbə tərəflərin yaxın zamanda tam razılığa gələcəyini bildirib.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Qonsalu Ramuş 2020-ci ildən klubun əsas komandasında çıxış edir. O, keçən mövsüm 47 oyunda 27 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir