Dünya

Ömər Çelik: “Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan normallaşmasının qarşısını almaqdır” FOTO

Sharing is caring!


“Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaqdır”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və rəsmi nümayəndəsi Ömər Çelik öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, “Disney” platforması erməni lobbisinin təzyiqinə tab gətirməyərək “Atatürk” serialının nümayişini ləğv edib.

“Bu platformanın münasibəti Türkiyə Cümhuriyyətinin və xalqımızın dəyərlərinə hörmətsizlikdir. Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ-də qondarma soyqırımı iddialarını təbliğ edən bu şəbəkə tarixi hadisələrdən öz hiyləgər siyasəti üçün alət kimi istifadə edir. Bu lobbinin yeganə məqsədi, dəfələrlə müşahidə olunduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına mane olmaqdır”, – siyasətçi qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir