İdman

Mahir Emreli 50 bombardir arasına düşdü

Sharing is caring!

Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub.

PFL-in saytı xəbər verir ki, o, buna qol sayını 43-ə çatdırmaqla imza atıb.

Premyer Liqanın cari mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan hücumçu öncə 42-ci, ardınca 43-cü qolunu vurub. Emreli buna 120-ci oyununda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqaliy Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bütün qollarını “Qarabağ”da vuran Mahir Emreli Premyer Liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Qeyd edək ki, bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir