Dünya

Ermənistanın həbsdə olan sabiq müdafiə naziri: “Qabiliyyətimiz və biliyimiz çatmadı”

Sharing is caring!


Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində keçirdiyi iclasda izahat verib.

D.Tonoyan deyib ki, müharibənin qarşısını almağı və döyüşləri dayandırmağı bacarmadığına görə ozünü günahkar hiss edir. 

“Hərbi-diplomatik qabiliyyətlər, biliklərimiz və əlaqələrimiz kifayət etmədi”, – deyə D.Tonoyan vurğulayıb.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir