Dünya

Kennedi ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak edəcək

Sharing is caring!

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir

Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Kennedi deyib: “Bəli, mən bu barədə düşünürəm. Həyat yoldaşımın dəstəyini almaqla əsas maneəni dəf etdim”.

Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş ABŞ lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur. O, Demokratlar partiyasından namizədliyini irəli sürəcək.

2022-ci ilin noyabrında ABŞ-nin keçmiş prezidenti, respublikaçı Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Hazırkı Prezident Co Bayden noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyini bildirib.

Mənbə: Fox News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir