Dünya

Rusiyanın taxıl blokadasını ilk dəfə İsrail gəmisi yardı – FOTO

Sharing is caring!


Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi yarıb.

Bu barədə “Militarnıy” nəşrində yazı dərc olunub.

Məlumata görə, iyulun 30-na keçən gecə “Ams1”, “Şahin-2” və “Yılmaz Kaptan” adlı üç mülki gəmi Türkiyə boğazlarından keçib. İsrail, Yunanıstan və Türkiyə/Gürcüstana məxsus olan bu gəmilərin AIS vasitəsilə təyinat nöqtəsi Ukrayna olaraq qeyd edilib.

İyulun 31-də isə “Ams1” Rusiyanın təhdidlərinə məhəl qoymayaraq Dunay çayının Ukrayna qoluna daxil olub.

“Bu, iyulun 25-də Reni limanının bombalanmasından sonra Rusiyanın Qara dənizdə blokadasını yaran ilk gəmidir. Səfərə İsrailin Aşdod şəhərindən başlayan gəmi açıq şəkildə hədəfini – Ukraynanı elan edib və birbaşa kursla Qara dənizi keçib”, – deyə yazıda qeyd edilib.

Amerikanın P8 gəmi əleyhinə təyyarəsi gəminin təhlükəsizliyini təmin edib. O, birbaşa Rumıniya səmasında yanacaqla doldurulur. Əlavə məlumat isə “Forte12 RQ-4” kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən təmin olunur.

“Ams1”dən sonra Dunayda lövbər salmış və ya yaxın zamanda lövbər salacaq daha dörd gəmi gəlir.

Xatırladaq ki, iyulun 17-də Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan “Taxıl sazişi”ndən çıxdığını rəsmən elan edib. Rusiya hərbçiləri Ukraynanın liman infrastrukturuna və taxıl anbarlarına raket və pilotsuz təyyarələrlə zərbələr endiriblər.

Bundan əlavə, Rusiya Federasiyası Qara dəniz vasitəsilə Ukrayna limanlarına gedən mülki gəmiləri silah və sursat daşıdıqlarını əsas gətirərək batıracağını açıqlayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir