Cəmiyyət

Bərdədə avtomobil su kanalına düşüb, sürücü xəsarət alıb

Sharing is caring!


Bərdədə minik avtomobili su kanalına düşüb.

APA xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalına düşüb.

Ətrafdakıların köməkliyi ilə sürücü avtomobildən çıxarılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir