Cəmiyyət

Şabranda avtoxuliqanlıq edən şəxs həbs edilib

Sharing is caring!


Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon sakini Fizuli Qəniyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub, eləcə də törətdiyi əməlləri sosial şəbəkələrdə  paylaşıb. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Fizuli Qəniyev həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir