Dünya

ABŞ müdafiə naziri: “Finlandiya və İsveçin NATO-ya qəbul vaxtı onların addımlarından asılıdır”

Sharing is caring!

Finlandiya və İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulma vaxtı Helsinki və Stokholmdakı hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır.

Bu fikri ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə günü Brüsseldə NATO-ya üzv ölkələrin hərbi idarə rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Onların NATO-ya nə vaxt və necə qoşulması həqiqətən bu iki ölkənin rəhbərliyindən asılı olacaq. Mən bilirəm ki, onların rəhbərliyi fəaldır. Görək nə baş verir. Mən təxmin etmək istəmirəm. Yalnız bunu deyəcəyəm ki, mənim kimi bütün həmkarlarım onların alyansa ən qısa zamanda qoşulmasını istərdi”, – ABŞ Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir