İdman

İngiltərə Premyer Liqasında lider dəyişdi: “Şəhərlilər” “Arsenal”ı devirdilər – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasının 23-cü turu liderlik yarışına birbaşa təsir göstərən matçla yadda qalıb.

Belə ki, lider “Arsenal” evində “Mançester Siti”ni qəbul edib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 24-cü dəqiqədə Kevin De Bruyne fərqlənib. Meydan sahibləri 42-ci dəqiqədə penalti zərbəsi ilə hesabda tarazlıq yaradıblar. “Arsenal”ın heyətində B.Saka fərqlənib.

İkinci hissədə təşəbbüsü ələ alan qonaqlar 72-ci dəqiqədə C.Qrilişin dəqiq zərbəsi ilə yenidən önə keçiblər. Bundan 10 dəqiqə sonra R.Holand yekun hesabı müəyyən edib.

“Arsenal”la xallarını bərabərləşdirən “Mançester Siti” turnir cədvəlində ilk pilləyə yüksəlib.

Qeyd edək ki, hər iki kollektiv 51 xal toplayıb. “Arsenal”ın ehtiyatda bir oyunu da var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir