Kriminal

Neftçalada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb – FOTO

Sharing is caring!

Neftçalada yol polisinin keçirdiyi nəzarət-profilaktiki tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıblar, onlarla yol verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Təəssüf doğuran hallardan biri də budur ki, onların arasında bir neçə sürücü bundan əvvəl də analoji inzibati xətaya görə məsuliyyətə cəlb olunub.

Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin əməkdaşları rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriblər.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nicat Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir