Dünya

Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatdı

Sharing is caring!


Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə – 74,5 min nəfərə çatıb.

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər yayılıb.

Məlumata görə, əvvəlki rekord (73,7 min nəfər) ötən ay qeydə alınıb.

Beləliklə də, iyunun 1-dən iyulun 1-dək ölkədəki məhbusların sayı 814 nəfər artıb. İllik artım isə  2,5 min nəfər təşkil edib.

Bununla da, respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 122%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

Ümumilikdə Fransa həbsxanalarında 60,6 min yer var. Hazırda burada saxlanılan 20 mindən çox insan hökm gözləyir. Təxminən 2,5 min nəfər yer çatışmazlığı səbəbindən döşəmədə yatmağa məcbur olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir