Cəmiyyət

“Xocəsən” stansiyasında texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb

Sharing is caring!


Bənövşəyi xəttin “Xocəsən” stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin “Avtovağzal-8 Noyabr” sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir