Cəmiyyət

İki yüz əlli kiloqram təhlükəli kimyəvi maddə məhv edilib – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti istifadəyə yararsız və təhlükəli 250 kiloqram quru kimyəvi toz maddə məhv edilib. 

FHN-dən verilən məlumata görə, xidmət əməkdaşlarının apardıqları planlı yoxlamalar zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik bəzi müəssisələrdə nöqsanlar aşkarlanıb. 

Orada ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonlarının doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələrin laboratoriya sınaqları nəticəsində normativ tələblərə cavab vermədiyi və yanğınların söndürülməsində yararsızlığı ilə yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib.

Qeyd olunanlarla bağlı pozuntular aşkar olunmuş həmin müəssisələrin fəaliyyəti dayandırılıb. 
Həmçinin insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq istifadəyə yararsız və təhlükəli 250 kiloqram quru kimyəvi toz maddə DYNX əməkdaşlarının iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəzi”ndə utilizasiya edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir