Dünya

Demet Özdemir boşandıqdan sonra ilk dəfə yeni sevgilisi ilə şəklini paylaşdı – FOTO

Sharing is caring!


Məşhur türkiyəli aktrisa Demet Özdemir səkkiz ay evli olduğu müğənni Oğuzhan Koçdan ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə fotosunu paylaşıb.

Yunan DJ Sergio ilə eşq yaşamağa başlayan aktrisa sosial media hesabında sevgilisi ilə bağlı paylaşımlar edib.

Ayrılıqdan sonra Yunanıstana tətilə gedən Demet Özdemir qatıldığı ad günü məclisində rəqsləri ilə DJ Sergionun diqqətini çəkib və onlar tanış olublar. Daha sonra DJ-in konsertlərinə getməyə başlayan Özdemirlə Sergio arasındakı yaxınlıq qısa müddətdə sevgiyə çevrilib.

Hazırda Yunanıstanda sevgilisi ilə tətilin dadını çıxaran aktrisadan bununla bağlı ilk paylaşım gəlib. Demet Özdemir DJ Sergio və dostları ilə birlikdə olduğu fotonu “Instagram” hesabında paylaşıb.

Xatırladaq ki, ötən il Sarıyerdə bir hoteldə Oğuzhan Koçla nikah masasına oturan Demet Özdemirin evliliyi səkkiz ay davam edib. Aralarında problemlər yaşayan cütlük boşanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir