Dünya

“Qalatasaray” Qarabağda oyun keçirə bilər

Sharing is caring!


“Qalatasaray” Qarabağda oyun keçirə bilər.

Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbek Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində bildirib.

“Bu əməkdaşlığın Heydər Əliyevin anadan olmasının 100 illiyində baş tutması çox dəyərlidir. Qarşıda anım üçün Qarabağda bir matç keçirməyi və ya türk ölkələri klublarının iştirak edəcəyi bir turnir təşkil etməyi planladığımızın müjdəsini vermək istəyirəm”, – deyə D.Özbek bildirib.

Qeyd edək ki, “Qalatasaray” 2024-cü ilin yanvarında “Fənərbağça”ya qarşı keçirəcəkləri Türkiyə Super Kuboku matçının da Bakıda təşkil olunmasını istəyir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir