Cəmiyyət

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlandı

Sharing is caring!

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qızılavar kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Qasım Şərifov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir