Dünya

“iPhone 15”də hansı yeniliklər olacaq? – Detallar mətbuata sızdı

Sharing is caring!


Sentyabrda təqdim olunacaq “iPhone 15” və “15 Pro”nun detalları bəlli olub. Məlumata görə, “Apple” smartfonlarında yeni, proqramlaşdırıla bilən düymə olacaq. Ekran çərçivəsi, demək olar ki, bir millimetr nazikləşəcək, “Lightning” konnektoru tarixdə ilk dəfə olaraq “USB-C” portunu əvəz edəcək.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Yeni “iPhone”ların daha böyük ekranı, təkmilləşdirilmiş kamerası və prosessoru olacaq. İlk dəfə standart “iPhone 15” modelində “Dynamic Island” – əlavə funksionallığı olan ön kamera üçün kəsik olacaq.

Bundan başqa, “Pro” və “Pro Max” displeyləri LIPO texnologiyası ilə hazırlanacaq ki, bu da ekranın çərçivəsini 0,7 mm kiçildəcək və onun eni cəmi 1,5 mm olacaq.

Qeyd edək ki, “iPhone Pro”nun dizaynı da yenilənəcək: korpusun çərçivəsi titandan, arxa paneli isə tutqun şüşədən hazırlanacaq. Əlavə olaraq, telefonun daxili strukturu da dəyişəcək ki, bu da onun təmirini asanlaşdıracaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir