Dünya

Yaponiya gələn il hərbi büdcəsini rekord səviyyədə artıracaq

Sharing is caring!


Yaponiya 2024-cü ildə ölkə üçün rekord səviyyədə hesab olunacaq hərbi büdcəni təsdiq etməyi planlaşdırır.

Qeyd olunur ki, söhbət 7,7 trilyon yenlik (53 milyard dollarlıq – red) hərbi büdcədən gedir.

Mənbə yazır ki, bu məbləğ cari ilin hərbi büdcəsini əhəmiyyətli dərəcədə üstələyir.

Qeyd olunur ki, vəsaitlər Yaponiya istehsalı olan uzaqmənzilli raketlərin alınmasına, həmçinin Britaniya və İtaliyanın birgə istehsalı olan yeni nəsil döyüş təyyarəsinin hazırlanmasına sərf olunacaq.

Məlumatda həmçinin göstərilir ki, Tokio beş il ərzində ümumi müdafiə xərclərini 43 trilyon yenə (indiki məzənnə ilə 296 milyard dollara) çatdırmağı planlaşdırır.

Mənbə: Kyodo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir